IQNA

İbadətgahlardan kənarda, ictimai yerlərdə dini təbliğat qadağan olunur

9:21 - September 06, 2016
Xəbər sayı: 3480770
Tehran, 06.09.2016 – Azərbaycanda ibadətgahlardan kənarda və ictimai yerlərdə dini şüarların səsləndirilməsi, dini atributların və dini bayraqların nümayişi qadağan olunur.

İbadətgahlardan kənarda, ictimai yerlərdə dini təbliğat qadağan olunur


İQNA X
əbər verir ki, Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Azərbaycan prezidentinin təqdimatı ilə İnzibati Xətalar Məcəlləsinə yeni 516.0.3 maddəsi təklif olunur.

Yeni maddəyə görə, ibadətgahlardan kənarda, ictimai yerlərdə dini şüarların və digər dini atributların (şəxsin üstündə gəzdirdiyi dini atributlar istisna olmaqla) nümayiş etdirilməsi, dini bayraqların ibadətgahların, dini mərkəz və idarələrin qapalı yerlərindən kənar yerləşdirilməsi qadağan olunur. Bu qadağalar pozulduğu təqdirdə, vətəndaşlar 2000 manatdan 2500 manata qədər, vəzifəli şəxslər 8000 manatdan 9 000 manata qədər, hüquqi şəxslər isə 20000 manatdan 25000 manata qədər cərimə olunacaq. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2000 manatdan 2500 manat cərimə edilməklə, Azərbaycan ərazisindən inzibati qaydada çıxarılacaqlar.

Layihə Milli Məclisə təqdim olunub və parlamentin növbəti iclasında müzakirəyə çıxarılacaq.

captcha