İQNA xəbər verir ki, Tehranın bu həftəki cümə xətibi Ayətullah Əhməd Cənnəti olub.
Çıxışında Mina faciəsinə toxunan imam-cümə bildirib: "Bu faciə hamımızın qəlbini yaralamışdır. 7 min insanı ilahi təhlükəsizlik məkanı hesab olunan məkanda öldürüldülər. Heyvanların belə qorunduğu bu məkanda zəvvarlar susuz halda öldürülürlər. Dünya hara gedir? Bu hadisə təəccüb doğuran və misli görünməmiş bir hadisədir. Dünya zülm dünyasıdır. Zülm hər yeri bürüyüb, lakin insanların səsi çıxmır. Biz öz haqqımızı tələb etdik, lakin bütün ölülər ki, iranlı deyildi. Ərəb ya qeyri-ərəb ölkələri bir kəlmə belə danışmayıb. Firon sifətli Ali-Səud rejimindən qanlarını tələb etmədilər. İmam Xomeyninin (r) dediyi kimi: Bu alçaq və Allahdan xəbərsiz vəhhabilər müsəlmanların belinə sancılmış qılıncdırlar. Rəhbərimiz Ayətllah Xamenei də son çıxışı zamanı laiq olduqları ləqəblərlə onlara səsləndi; qaraüz, qəlbi daşlaşmış, cinayətkar, Allahdan xəbərsiz, dinsiz, vicdansız. Hz. İbrahim (ə) Kəbəni təkallahlılar üçün inşa etsə də, bütpərəstlərin əlinə keçdi. Bu gün də bu cürdür. Kəbə Əbu Cəhl və Əbu Ləhəbin nəslindən olanların əlindədir.”
İslamazeri