IQNA

Ustad Əbdül-Həkimin son müsahibəsi:

Quran əhli heç vaxt kimisə təkfir və terror etməz və intihari addımlar atmaz

6:28 - September 13, 2016
Xəbər sayı: 3480788
Tehran, 13.09.2016: Ustad Əbdül-Həkim Əbdül-Lətif vəfatından öncə Misirin "əl-Ehram" qəzeti ilə müsahibəsində dedi: Quran əhli heç vaxt kimisə təkfir və terror etməz və intihari addımlar atmaz.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Ustad Əbdül-Həkim Əbdül-Lətif - Misr qarilərinin şeyxi (şeyxul-qürra), Misirin peşəkar və məşhur qarilərindən biri, vəfatından öncə Misirin "əl-Ehram" qəzeti ilə müsahibəsində dedi: Quran əhli heç vaxt kimisə təkfir və terror etməz və intihari addımlar atmaz.

Ustad Əbdül-Həkim Əbdül-Lətif qeyd edib ki, radikalizm, ifratçılıq və təəssübkeşliyin əsas mənşəsi və mənbəyi insanların Quran-Kərimə və İslam dininin səhih və doğru təlimlərinə nadanlığı və agah olmamalarıdır.

Ustad əlavə edib: Quranı oxuyan və dərk edənlər bütün İslami ölkələrdə Allah yolunun təbliğatçılarıdırlar, özü də moizə və yaxşı nəsihət ilə və onlar ifratçı və radikal deyildirlər.

Misr qarilərinin şeyxi radikalizmi İslam dünyasında təkfirçi cərəyanları doğan əsas amil hesab edirdi və deyirdi ki, günahsız insanların qanının tökülməsini halal etmək, ümumi və xüsusi mülkləri məhv etmək, vətəndaşları qorxutmaq, cəmiyyəti məhvə doğru sürükləmək, hərc-mərc yaratmaq və əxlaqi dəyərləri məhv etmək təkfirçi düşüncəsinin yayılmasının məhsuludur.

captcha