İQNA - Baş nazir
bütün müsəlmanları müqəddəs bayram münasibəti ilə təbrik edib, onlara bolluq və
firavanlıq, sağlam həyat, sülh və əminamanlıq arzulayıb. G.Kvirikaşvili məscidə
toplaşanlara müraciət edərək deyib: "Qurban bayramı paklıq, kimsəsizlərə,
imkansızlara, ehtiyacı olanlara yardım bayramıdır. Çox şadam ki, bu gün sizinlə bir yerdəyəm və bayramı sizin
həmvətənlilərimlə birgə qeyd edirəm”.
Gürcüstan dövlətinin möhkəmlənməsində və
inkişafında müsəlman əhalinin rolunu xüsusi qeyd edən və dövlətin bunu yüksək
qiymətləndirdiyini vurğulayan Baş nazir deyib: "Gürcüstan dövləti də sizin
qayğınıza qalmalıdır, qalır və qalacaqdır".
Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) şeyxi, hacı
Ramin İgidov öncə Gürcüstanda, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan
müsəlmanları müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, Allahdan onların
dualarının, kəsilən qurbanların qəbul olunmasını dilədikdən sonra Gürcüstanım
hökümət başçısına minnətdarlıq edib, dövlət tərəfindən son zamanlar göstərilən
diqqət və qayğını yüksək qiymətləndirib.
GMİ-nin müftiləri Bekler Kamaşidze, Yasin Əliyev, "Gürcüstan” qəzetinin baş redaktoru İslam Əliyev çıxış edərək göstərilən diqqət və qayğıya görə Gürcüstan hökumətinə və şəxsən Baş nazir G.Kvirikaşviliyə təşəkkür ediblər. Çıxış edənlər Gürcüstanda yaşayan azərbaycanlıların və digər müsəlmanların bundan sonra da dövlətin möhkəmlənməsinə və inkişafına xidmət edəcəklərinə əmin olduqlarını bildiriblər.
Sonda Baş nazirə və keçmiş yardımçısına din rəhbələri tərəfindən hədiyyələr təqdim olunub. Görüş sonrası Baş nazir məscididə çay və şirniyyat süfrəsi ətrafında din xadimləri, Azərbaycan, Türkiyə və digər müsəlman ölkələrinin səfirləri ilə bir araya gəlib. /Xətayi Əzizov/