Tehran, 24.09.2016 - Sentyabrın 25-də Rusiyanın paytaxtı Moskvada yerləşən "Krokus Siti Holl"da Qurani-Kərim festivalı keçiriləcək.

İQNA xəbər verir ki,
Moskvada bir neçə gündür ki, XVIIbeynəlxalq Qurani-Kərim müsabiqəsi
keçirilir.
Bu müsabiqənin bağlanış mərasimində Qurani-Kərim festivalı keçiriləcək.
Bu bayramda 30 ölkədən insanlar iştirak edəcək.
Festival çərçivəsində tanınmış Quran qariləri və hafizlərinin iştiarkı ilə müxtəlif seminarlar təşkil olunacaq. Quran müsabiqəsinin qaliblərindən 3 nəfərə festivalın sonunda Ümrə həcc ziyarəti səfəri üçün paket təqdim olunacaq.
Maide.az