İQNA-nın İslamazeri.az- a istinadən
verdiyi xəbərə əsasən, dünən Beyrutun cənubunda yerləşən kompleksdə çıxış edən
Seyid Həsən Nəsrullah bildirib: "İsrail rejimi 1982-ci ildə həyata keçirmək istədiyi
planı 2000-ci ildə reallaşdırmaq niyyətində idi. Lakin Livan müqavimət hərəkatı
onlara mane olaraq, xalqı oyatdı və işğal olunmuş əraziləri azad etdi. Biz bu
hadisəni qələbə adlandırırıq. "Hizbullah”ın bu ilki şüarı "Səbr və qələbə”dir.
Qələbəyə səbəb olan məhz səbr və dözümlülükdür.”
İmam Hüseynin (ə) qiyamına toxunan Seyid Nəsurllah deyib: "İmam Hüseynin (ə) yol və düşüncəsi bugünədək islamı radikalizm və vəhşilik müqabilində müdafiə etmiş və Peyğəmbərin (s) düşmənlərini rüsvay edib. Dünya bu gün də qanın qılınca qalib gəlməsinin şahididir. Aşura müsəlmanlar arasında vəhdət və mehribançılığın yayılması üçün bir vasitədir və imam Hüseyn (ə) islam dinini və insani dəyərləri müdafiə edirdi.”