IQNA

Moskvada məsciddə gərginlik:

Vəhabilər məscidə toplaşan şiələrə hücum etdi

9:25 - October 05, 2016
Xəbər sayı: 3480866
Terhan, 05.10.2016 – Rusiya paytaxtının Sülh prospektində yerləşən "Cümə" məsciddə azərbaycanlılarla vəhhabilər arasında insident baş verib.

Vəhabilər məscidə toplaşan şiələrə hücum etdi

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) maide.az-a istinadla xəbər verir ki, Hadisə şahidlərinin APA Holdinqin əməkdaşı Fərid Əkbərova verdiyi məlumata görə, hadisə axşam saatlarında baş verib. Məhərrəmlik ayının başlanması ilə əlaqədar məscidə toplaşan azərbaycanlılar bir qrup vəhhabinin təxribatına məruz qalıb.

Belə ki, azərbaycanlılar namaz qılarkən vəhhabi təriqətinə məxsus beş nəfər məscidə daxil olaraq "Allahu əkbər" deyə qışqırıb. Bu zaman azərbaycanlılarla onlar arasında mübahisə yaranıb. Hadisəyə dərhal məscidin ətrafında keşik çəkən polis müdaxilə edib. Həmin vəhhabilər məscidin arxa qapısından çıxarılaraq hadisə yerindən uzaqlaşdırılıb.


Teqlər: moskva ، məscid ، iqna ، İkna ، quran
captcha