IQNA

Səudiyyə rejimi vətəndaşlarına İrana getməyi qadağan etdi

8:47 - October 16, 2016
Xəbər sayı: 3480892
Terhan, 16.10.2016 – Səudiyyə Ərəbistanının xarici pasportların verilməsi üzrə idarəsi krallıq vətəndaşlarına 6 ölkəyə getməklə bağlı qadağa qoyub.

Səudiyyə rejimi vətəndaşlarına İrana getməyi qadağan etdi

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) maide.az-a istinadən məlumat verilir ki, İran, İraq, Yəmən, Suriyaya səfər edən vətəndaşları böyük həcmdə cərimə olunacaqlar.

Eləcə də Səud rejimi vətəndaşlarının həmin sadalanan ölkələrə səyahət etdikləri təqdirdə 3 il müddətinə ökədən ümumiyyətlə kənara çıxmalarına qadağa qoyula bilər.

Cərimənin məbləğinə gəlincə, 10 min Səudiyyə lirəsi (təxminən 3 min dollar) həcmində müəyyən edilib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının şərqində çox sayda şiələr məskunlaşıb ki, onların da İranda doğmaları-qohumları yaşayırlar. Bu səbəbdən onların İrana səfər etmələri qaçılmazdır.

Teqlər: səudiyyə rejimi ، iran ، iqna ، İkna ، quran
captcha