IQNA

Mosul əməliyyatına rəsmi şəkildə start verildi

11:27 - October 17, 2016
Xəbər sayı: 3480895
Terhan, 17.10.2016 – İraqın baş naziri Heydər Abadi Mosulun azad edilməsi ilə bağlı hərbi əməliyyatın başladığını rəsmi şəkildə bəyan edib.

Mosul əməliyyatına rəsmi şəkildə start verildi

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) eastnews-a istinadla xəbər verir ki, bu barədə Heydər Abadi İraq dövlət televiziyası vasitəsi ilə çıxış edərkən bildirib.

Baş nazir Mosul sakinlərindən İraq ordusu ilə birlikdə həmrəylik nümayiş etdirmələrini istəyib.

İraqın baş naziri Heydər Abadi televiziyada çıxış edərkən yanında baş qərargah rəisi, general-polkovnik Osman Qani və digər 9 yüksək rütbəli zabit də olub. "Son günlər bu istiqamətdə işlərimiz çox oldu. Əməliyyatlar bir neçə gün gecikməli də olsa başladı", deyə Heydər Abadi vurğulayıb.

Teqlər: mosul ، əməliyyat ، iqna ، İkna ، quran
captcha