IQNA

Seyid Nəsrullah:

Şəhid Əla həssas bir döyüşdə şəhadətə çatdı

9:00 - October 24, 2016
Xəbər sayı: 3480916
Tehran, 24.10.2016 – “Hizbullah” lideri Seyid Həsən Nəsrullah təşkilatın komandirlərindən olan Əla ləqəbli Hatəm Himadinin şəhadəti münasibəti ilə çıxış edib.


Şəhid Əla həssas bir döyüşdə şəhadətə çatdı

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA)-nın İslamazeri.az-a istinadən verdiyi xəbərə əsasən, şəhidin ailəsini təbrik edən Seyid Nəsrullah bildirib: "O Livanın və islami müqavimətin övladı idi. Təkfirçilərin örtaya çıxması gündən, o meydana atıldı və döyüşü idarə etdi. Şəhid Əla həssas bir döyüşdə şəhadətə çatdı.”

Bölgədə olan böhranlı vəziyyətə işarə edən "Hizbullah” lideri "Hələb əməliyyatının önəmli olduğu kimi, Mosul əməliyyatı da həyati önəm daşıyır. Bütün dünya Hələb müharibəsinin arxasında durub.Biz bölgənin vəziyyətin ciddi şəkildə təhlil edərək Suriyada olmaq qərarına gəldik. Bu qərarı qəbul etmək üçün heç kimdən göstəriş almamışıq, kimsə də bizi buna məcbur etməyib. Biz ayıqlıq və diqqətlə Suriyaya daxil olmuşuq. Mübarizə meydanında təkfirçilərdən ən çox zərbəni Əhli-sünnə görüb. İraqlılar milli mövqe sərgiləyərək İŞİD-lə mübarizə aparır və Mosul əməliyyatına start veriblər. Bu gün Molsunun Türkiyə torpağı olduğunu iddia edənlər, sabah Hələb barədə də oxşar iddialar edəcəklər. Türkiyə özünü müdafiə etmək məqsədi ilə Mosul əməliyyatına qoşulmaq istəyir, digər tərəfdən də "Həşdəş-şəbi”-nin bu əməliyyata qoşulmasına mane olmaq niyyətindədir" deyə qeyd edib.

"İŞİD-in yaranma məqsədi islam və Peyğəmbəri (s) təhqir etməkdir. Bizim və ya ailəmizin nə vaxtsa yorulacağını düşünənlər yanılırlar. Çünki biz 1982-ci ildən 2000-ci ilədək İsraillə mübarizədən sonra özümüzü digər müharibələrə də hazırlayırıq. Biz Suriya şəhidlərimizlə fəxr edirik və bundan utanmırıq. Biz yorulmayan ümmətik və yolun sonunadək səyimizi göstərəcəyik. Suriyada qələbə əldə etdiyimiz zaman bu ölkədə qalmaq üçün səbəbimiz də olmayacaq və ölkəmizə geri qayıdacağıq. Beləliklə biz yalnız qələbə zamanı ölkəmizə geri dönəcəyik. Biz təkfirçilərin planlarının nəticəsiz qalmasına səbəb olduq.”, -deyən Hizbullah lideri əlavə edib.

Səud rejiminin Yəmənə olan hücumuna da toxunan Nəsrullah bildirib: "Yəməndə azı 15-20 milyon əhali mühasirə şəraitindədir. BMT, beynəlxalq təşkilatlar və islami ölkələr yüzlərlə yəmənlinin şəhadəti hadisəsində hansı mövqeyi sərgiləyilər?”

captcha