IQNA

Daha 9 kənd İŞİD-dən azad edildi

11:29 - October 24, 2016
Xəbər sayı: 3480918
Tehran, 24.10.2016 – İraq qüvvələri Mosulun terror təşkilatı İŞİD-dən azad edilməsi əməliyyatı çərçivəsində 9 kəndin geri alındığını bildirib.


Daha 9 kənd İŞİD-dən azad edildi

İQNA xəbər verir ki, Orduya bağlı birgə əməliyyatlar komandanlığı tərəfindən verilən yazılı açıqlamada Qayyara rayonu fonunda Harrara, ər-Rasif, Asfiyyə, Tuvəba, Əbu Fəşqə əl-Ulya və əs-Sufla, Ahvənə, Eyn, Zövcə-Şək əl-ulya və əs-Sufla və əs-Səfiyyə kəndlərinin geri alındığı dilə gətirilib.

Aparılan əməliyyatlar zamanı 299 İŞİD üzvünün öldürüldüyü, 20 partlayıcı ilə yüklənmiş nəqliyyat vasitəsi ilə 45 partlayıcı qurğunun istifadəyə yararsız hala gətirildiyi bildirilib.

İraq qüvvələrinin itkiləri ilə bağlı məlumat verilməyib. Peşmərgə Əməliyyatlar Komandanlığı daha əvvəl verdiyi açıqlamada Mosulun şimal-şərqində 8 kəndin geri alındığını və Bəşiqa qəsəbəsinin əhatə edildiyini qeyd etmişdi.

Mənbə: eastnews

Teqlər: İŞİd ، İraq ، mübarizə ، quran ، iqna ، İkna
captcha