IQNA

İraqda alkoqollu içki birdəfəlik qadağan olunub

11:41 - October 24, 2016
Xəbər sayı: 3480919
Tehran, 24.10.2016 – Ölkəyə spirtli içkilərin idxalı Türkiyə, Almaniya, Livan və Yunanıstan dövlətləri tərəfindən edilirdi.


İraqda alkoqollu içki birdəfəlik qadağan olunub

İQNA, İslaminsesi-ə istinadla verdiyi məlumata görə, İraq məclisi qəbul etdiyi yeni qərarla spirtli içkilərin satılması, istehsal edilməsi və idxalını qadağan edib.

Qeyd edək ki, ölkənin devrilmiş diktatoru olan Səddam Hüseynin dövründə İraqda spirtli içkilər sərbəst şəkildə satılırdı və çox geniş yayılmışdı. Səddam Hüseyn, 1991-ci ildə baş vermiş Körfəz müharibəsindən sonra alkoqollu içki satışına məhdudiyyətlər gətirmişdi.İraqda spirtli içki satışına qoyulan vaxtaşırı məhdudiyyətlər isə 2003-cü idə ABŞ hərbi təcavüzündən sonra ləğv edilmişdi. Səddamdan sonra Mehdi Ordusu (2006-2007-c ildə Müqtəda Sədrin silahlı birləşməsi) və bəzi silahlı təşkilatların təzyiqi ilə bir müddətliyinə alkoqollu içki satışları azad şəkildə satıla bilinmirdi. 2008-ci ildə isə bu təşkilatların təsirinin itməsindən sonra spirtli içki satışları yenidən azad şəkildə edilirdi.

İraqa spirtli içkilərin idxalı Türkiyə, Almaniya, Livan və Yunanıstan dövlətləri tərəfindən edilirdi.

Teqlər: İraq ، alkoqol ، içki ، qadağan ، iqna ، İkna ، quran
captcha