IQNA

Feysbuk, İsrail ilə razılaşdı:

Fələstinlilərin hesabları dondurulacaq

13:20 - October 26, 2016
Xəbər sayı: 3480927
Tehran, 26.10.2016 – Feysbuk, Sionist İsrail rejimi ilə imzaladığı müqaviləyə əsasında, fələstinlilərə aid hesabları qadağan edəcək.


Fələstinlilərin hesabları dondurulacaq

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA)Maide.Az-a istinadən xəbər verir ki, Fələstin Fikir Azadlığı təşkilatı MADA, feysbuk rəsmiləri və İsrail rejimi nümayəndələri arasında keçirilən görüşdən sonra, çox sayda fələstinli istifadəçinin hesabının dondurulduğunu bildirib.

MADA-nın ötən gün yaydığı hesabata görə, son 1 ay ərzində jurnalistlər, fəallar və cəmiyyət nümayəndələrinin feysbuk hesabları təqib olunub.

2014-2016 illəri arasında, 70 fələstinli jurnalistin sosial media hesabları hücuma məruz qalıb.

MADA bildirir ki,fələstinlilərə aid qadağan olan hesablarda işğalçı Sionist rejimin işğalçılığı pisləndiyi üçün feysbuk tərəfindən bağlanılır.

captcha