IQNA

İQNA üçün Taylanddan ekskluziv olaraq;
7:10 - November 09, 2016
Xəbər sayı: 3480975
Tehran, 09.11.2016- Asiyanın cənub- şərqində yerləşən Tayland qədim zamanlardan indiyədək dinlərarası sakit həyat tərzinin beşiyi olmuş və bu ölkənin məscidləri kilsələrinin kənarında tikiliblər.

İQNA-nın (Beynəlxalq Quran Xəbərləri Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının Bankokdakı Mədəniyyət İşləri İdarəsi Taylanddın müxtəlif dinlərə aid olan ibadət məkanları və ölkə padşahının müxtəlif dinlərin və ayinlərin ardıcılları ilə davranış siyasətləri barədə İQNA üçün xüsusi raport və məlumat göndəribdir. Ekskluziv olaraq İQNA üçün göndərilmiş bu məlumatda deyilir:

Taylandın tarixi çox keçmiş dövrlərdən indiyədək din seçimində və ona əməl etməkdə azadlığın şahidi olmuşdur. Bu ölkədə yaşayan müxtəlif din, məzhəb və ayinlərin ardıcılları, o cümlədən müsəlmanlar, məsihilər, seyklər və digər ayinlərin davamçıları dinc, sakit, sülhamiz və dost bir fəzada həyat sürüblər.

Asiyanın cənub- şərqində yerləşən Tayland ölkəsi çox qədim zamanlardan indiyədək dinlərarası dinc və sakit həyat tərzinin beşiyi olmuşdur və bu ölkənin məscidləri kilsələrinin kənarında tikiliblər.

Keçmişdən indiyədək bu ölkənin müxtəlif region və kəndlərində müxtəlif dinlərin ibadət ocaqları, o cümlədən məsihilər üçün kilsə, müsəlmanlar üçün məscid, buddistlər üçün məbəd və seyklər üçün dini birliklər mövcud olmuşdur və bunlar hamısı bir-birinin kənarında öz ayinlərinə əməl etmiş və bir-birinə heç bir zərər verməmişlər.

Tayland ölkəsinin ümumi siyasəti budur ki, DÖVLƏT dinsizdir. Yəni bu dövlətdə heç bir din dövlət tərəfindən xalqın rəsmi dini olaraq tanınmır. Bunu isə müxtəlif dinlərin tərəfdarları arasında ixtilaf yaratmamaq ilə əlaqələndirirlər. Dövlət bütün dinlərə bərabər imtiyaz verib. Dini və milli firqələr arasında heç bir fərq qoymur və cəmiyyətdə bütün dinlərə eyni gözlə baxılır.

Əgər qayıqla Ayutiya şəhərinin dövrəsində gəzsəniz görəcəksiniz ki, müxtəlif kiçik kəndlərdə müxtəlif dinlərin tərəfdarları bir-birləri ilə dinc şəraitdə yaşayırlar. Kilsə kənarında tikilmiş məscid, buddist məbədləri yanında tikilmiş kilsələr görəcəksiniz.

Həmçinin Bankokda "Çaupraya" çayının kənarında sahilin hər iki tərəfi məscid, kilsə və məbədlər ilə doludur.

"Bankuk Yay" çayının girişində Əhl-Sünnənin "Tun Sun" məscidi, ondan sonra isə şiələrin "Kudi Çaran Pas" məscidi, sonra kilsələr, məbədlər və daha sonra isə "seyk"lərin dini müəssisələrini müşahidə etmək olur ki, hər birinin bir neçə yüz ildən çox tarixi vardır və bir-birinin kənarında dostcasına yaşayırlar.

Taylandın padşahı Doqquncu Rama "Bumibul Adulyadc" özü buddist olmasına baxmayaraq dövlət hesabına müsəlmanlar üçün Quran-Kərimi "tayi" dilinə tərcümə və nəşr elətdirmişdi. Bundan əlavə ölkənin məscidlərinin təmiri və yenilənməsi üçün də büdcə ayırmışdı. O həmişə müxtəlif dinlərin ardıcıllarının ayinlərində iştirak edir və ibadət ocaqlarına baş çəkirdi və onların ictimai fəaliyyətlərini himayə edirdi.

Tayland şahları qədim zamanlardan digər millətlərin və ölkələrin öz ölkələrinə azad girişinə şəarit yaradırdılar ki, vətəndaşları digər millətlərin mədəniyyət, ənənə və etiqadları ilə yaxından tanış olsunlar, bildiklərini bir-birinə öyrətsinlər və bir-birinin kənarında dinc yaşasınlar.

http://iqna.ir/fa/news/3543389

کشوری با مسجد در کنار کلیسا + عکس

کشوری با مسجد در کنار کلیسا + عکس

کشوری با مسجد در کنار کلیسا + عکس

کشوری با مسجد در کنار کلیسا + عکس

کشوری با مسجد در کنار کلیسا + عکس

کشوری با مسجد در کنار کلیسا + عکس

کشوری با مسجد در کنار کلیسا + عکس

کشوری با مسجد در کنار کلیسا + عکس


Ad:
E-poçt:
* Comment:
* captcha: