Beynəlxalq Quran Xəbər Agentliyi
(İQNA) Xəbər verir ki, İranın İraqdakı Səfirliyinin Mədəniyyət Attaşeliyi ilə İraq
Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşlığı çərçivəsində İranlı rejissor və
ssenarist Məcid Məcidinin çəkdiyi və bu ana qədər dünyanın bir çox bölgəsində
viziona girən "Allahın Elçisi Məhəmməd (s)” filmi, İraqın paytaxtı
Bağdadda təkrar nümayiş olundu.
Qeyd edək ki, adı çəkilən film keçən il də İraqda nümayiş
olunmuşdu.
İranlı rejissor Məcid Mecidi'nin ssenarisini yazdığı və idarə etdiyi film, Həzrəti
Məhəmmədin (s) həyatından bir hissəsi izah edir.
"Çağrı" filminin ardından İslam dünyasına işıq tutması gözlənilən film, 2015-ci ildə tamamlanmışdı.