IQNA

12:48 - November 24, 2016
Xəbər sayı: 3481040
Tehran, 24.11.2016 - Cənubi Koreyada, Müsəlman turistlərə restoranlarda halal qida məhsulları təqdim edən beş ulduzlu otellərin sayı artıb.

Cənubi Koreya restoranları halal qida təqdim edir

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) xəbər verir ki, Cənubi Koreyadakı beş ulduzlu otellərdə müsəlman turistlərə halal qida təqdim edən restoranların sayı artıb.

Yerli səyahət və otelçilik sektoru səlahiyyətliləri, beş ulduzlu otellərdə, Orta Şərqdən gələn Müsəlman turistlər üçün İslami üsullara görə hazırlanan qidaların artırıldığını bildirib.

Koreya Turizm Təşkilatı (KTO) halal rəhbəri, beş ulduzlu bütün restoranları, "Müsəlman dostu restoranlar" olaraq təsnif edib.

Namaz qılan müsəlmanlar üçün Quran-ı Kərim tədarük edən otellər, Müsəlman turistlərin sayında son illərdə yüzdə 10 nisbətində artım olduğunu qeyd edib.

KTO-nın məlumatlarına görə, Cənubi Koreyaya səyahət edən müsəlmanların sayı 2012-ci ildə 541 min 518 ikən, bu rəqəm 2014-ci ildə 752 min 504'e yüksəlib.
Ad:
E-poçt:
* Comment:
* captcha: