IQNA

11:42 - November 26, 2016
Xəbər sayı: 3481048
Ali-Xəlifə rejiminin muzdurları İmam Sadiq (ə) Came məscidinin Cümə və camaat imamını məscidə girməyə qoymadılar və şiələrinin ən böyük Cümə namazı yenə də ləğv edildi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "mənamə post" xəbər agentliyinin informasiya portalına istinadla verdiyi xəbərə görə, Bəhreynin təhlükəsizlik qüvvələri dünən "əd-Diraz" regionunda yerləşən İmam Sadiq (ə) Came məscidinin ətrafını əhatə edərək, Cümə namazının qılınmasına icazə verməyiblər.

Bəhreynli şiələrin rəhbəri Ayətullah Şeyx İsa Qasimin yaşadığı bölgədə yerləşən İmam Sadiq (ə) Came məscidinin şiələri bu həftənin Cümə namazını da fərdi şəkildə qıldılar.

Alınan məlumuta göre, Diraz bölgəsində keçirilən etiraz aksiyasında etirazçılar Şeyx Əli Səlmanın azadlığa buraxılmasını tələb ediblər.

Mənamənin "əd-Diraz" regionu Ali-Xəlifə rejimi tərəfindən Ayətullah İsa Qasimin vətəndaşlığının ləğvindən sonra həmişə bəhreynli vətəndaşların etiraz aksiyalarının şahididir və bu regionun bütün girişləri Ali-Xəlifə muzdurları tərəfindən tam nəzarətə götürülüb.

Bəhreyndə rejim əleyhinə nümayişlər keçirilib

Ad:
E-poçt:
* Comment:
* captcha: