IQNA

Böyük Britaniya müsəlmanları arasında sorğu: Heyrətləndirici nəticə

10:30 - December 06, 2016
Xəbər sayı: 3481091
Birləşmiş Krallıq ərazisində yaşayan müsəlmanlar arasında keçirilmiş sorğunun nəticələri hamını heyrətləndirdi.

Böyük Britaniya müsəlmanları arasında sorğu: Heyrətləndirici nəticə

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA)-nın İslamazeri.az-a istinadən verdiyi xəbərə əsasən, Böyük Britaniyada krallıq ərazisində yaşayan müsəlmanlar arasında geniş miqyaslı sorğu keçirilib. Sorğunun nəticələri bir çoxları üçün gözlənilməz olub. Belə ki, nəticəyə əsasən, müsəlmanlar ölkənin ən vətənpərvər və qanunlara tabe olan şəxslərdir.

Sorğuda iştirak etmiş müsəlmanların mütləq çoxluğu qəti şəkildə terrorçuluğa qarşı çıxıblar və digər dinlərin nümayəndələri ilə interqrasiyanın lehinə çıxış ediblər.

Müsəlmanların 89 faizi siyasi hədəflər də daxil olmaqla, hər hansısa bir hədəfin əldə edilməsi üçün zorakılığın və terrorçuluğun istifadə edilməsini pisləyiblər.

captcha