IQNA

İŞİD yenidən Palmiraya hücuma keçdi: Şiddətli döyüşlər gedir

12:45 - December 11, 2016
Xəbər sayı: 3481121
Suriya ordusu və xalq könüllüləri ilə İŞİD terror təşkilatı arasında Palmira şəhərinin yaxınlığında eyni anda bir neçə istiqamətdə qızğın döyüşlər gedir


İŞİD yenidən Palmiraya hücuma keçdi: Şiddətli döyüşlər gedir

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA)-nın İslamazeri.az-a istinadən verdiyi xəbərə əsasən, Suriya ordusu və xalq könüllüləri ilə İŞİD terrorçuları arasında Cəzəl və Şaer rayonlarında qızğın döyüşlər gedir. Ət-Tar adlı dağ silsiləsində isə vəziyyət olduqca gərgindir. Ordu hissələri yenidən qruplaşaraq və bu dağ silsiləsinin bir neçə yüksəkliyini tərk edib.
Suriya xalq könüllülərindəki mənbədən qeyd ediblər ki, döyüşlər Palmiranın hüdudlarından kənarda gedir.
"Tarixi Palmira şəhəri əvvəlkitək Suriya ordusunun nəzarəti altındadır. Biz bu gün və dünən ordu ilə birlikdə şəhərə edilən bir neçə güclü hücumun qarşısını aldıq. Terrorçular bir neçə istiqamətdən hücuma keçməyə çalışırlar.”, - deyə mənbədən əlavə ediblər.

Teqlər: İŞİd ، deaŞ ، palmira ، hücum ، suriya ، quran ، iqna ، terörizm
captcha