İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İraqın Nəcəf- Əşrəf şəhərindən verdiyi xəbərə görə, İmam Əlinin (ə) müqəddəs hərəminin "Darul- Quran" idarəsinin rəsmi xəbər və informasiya portalı yazıb ki, İmam Əlinin (ə) müqəddəs hərəminin Quran dərnəyləri Məhərrəm və Səfər aylarının matəm mərasimləri ilə əlaqədar məşğələlərini iki ay tətil etdikən sonra yenidən öz işinə davam edir.
İmam Əlinin (ə) müqəddəs hərəminin "Darul- Quran" idarəsinin "Quran dərnəyləri" bölməsinin məsulu Əbdül-Hadi Həsən Həndul bu barədə dedi: Həzrət İmam Əlinin (ə) müqəddəs ziyarətgahının nəzdində fəaliyyət göstərən "Darul- Quran" idarəsinin həftəlik Quran dərnəyləri Məhərrəm və Səfər aylarının matəm mərasimləri ilə əlaqədar məşğələlərini iki ay tətil etdikən sonra bu həftə yenidən öz fəaliyyətlərinə başlayıblar.
O əlavə etdi: Məhərrəm və Səfər aylarında matəm mərasimləri ilə bağlı müqəddəs hərəm həddindən artıq izdihamlı olurdu, digər tərəfdən isə İmam Hüseyn (ə) ziyarətçilərini, heyətləri və əzadarlıq dəstələrini hərəmdə qarşılamaq və yola salmaq kimi proqramlar var idi. Həmçinin hərəmin özündə matəm mərasimləri keçirilirdi. Buna görə də Quranla üns məclisi dərnəylərini keçirmək qeyri-mümkün olmuşdu və bu səbəbdən bu dərnəklər iki ay tətil edildi.
Əbdül-Hadi Həsən Həndul əlavə etdi: Bu Quran dərnəyləri bundan sonra hər həftənin Cümə gecəsi müqəddəs hərəmin müxtəlif "rəvaq"larında (eyvan, otaq, səhn) keçiriləcə və dərnəklərdə cavan və yeniyetmələr üçün tilavət, hifz və təfsir dərsləri təşkil olunacaqdır.
İmam Əlinin (ə) müqəddəs hərəminin "Darul- Quran" idarəsinin "Quran dərnəyləri" bölməsinin məsulu Əbdül-Hadi Həsən Həndul vurğuladı: Keçən Cümə gecəsi İmam Əlinin (ə) hərəmində keçirilən Quranla üns məclisində məşhur qarilər Seyid Əhməd Zamili və Həmmam Safinin tərəfindən Quran- Kərimdən ayələr tilavət olundu. Quran-Kərimin hifzi üzərə isə Darul- Quranın tələbələrindən biri olan Əhməd Nahiz öz öyrəndiklərini məclis iştirakçıları ilə bölüşdü.
Qeyd edək ki, Kərbəla müqəddəs ziyarətgahlarının da Qari və Hafizlər Birliyi idarəsi də iki ay tətildən sonra bu günlərdə öz işlərinə yenidən start veriblər.
http://iqna.ir/fa/news/3553117