IQNA

İstambulun şiə məscidləri və məscid baniləri ilə tanışlıq...

5:46 - December 13, 2016
Xəbər sayı: 3481133
İstambulda şiə məscidlərinin bani və təsisçilərindən biri də Şirəli Bəyatdır ki, keçən 30 ildə tikilmiş məscidlərin tarixini, necə tikildiyindən və mədəni- təbliği fəaliyyətlərindən xəbərdardır.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İstambul şəhərindən verdiyi xəbərə görə, İstambulda şiə məscidlərinin bani və təsisçilərindən biri də Höccətul- İslam vəl- müslimin Şirəli Bəyatdır ki, Türkiyənin keçən 30 ildə tikilmiş 40 məscidinin tikildiyi tarixi bilir və bu məscidlərin necə tikildiyindən və mədəni- təbliği fəaliyyətlərindən xəbərdardır.

İstambul şəhərində 3 mindən çox məscid vardır ki, bu şəhəri dünyanın çoxminarəli şəhərlərindən birincə çevirmişdir. Keçdiyin hər məhəllə və xiyabanda bütün evlərdən ucada görülən minarələri görə bilirsən. Bütün bu məscidlərdə gündəlik namazlar camaatın izdihamlı iştirakı ilə qılınır.

Bu 3 minlik məscidi olan şəhərin təkcə 40 məscidi şiələrə aiddir. Və bu məscidlərin bani və təsisçiləri İstambulun tanınmış ruhaniləri və şiə alimləri olan Səlahuddin Özgündüz, Şirəli Bəyat və Həmid Turandırlar ki, keçən 30 il ərzində ya məscid tikmiş və ya tikənlərə kömək etmişlər.

İstambulun Halkalı bölgəsindəki "Zeynəbiyyə məscidi" Cümə xətibi və tanınmış ruhani Səlahuddin Özgündüzün təşəbbüsü ilə İstambulda tikilmiş ilk şiə məscididir.

Səksəninci illərdən (1980) sonra İstambulda "İmam Əli (ə)" adını daşıyan ikinci şiə məscidi digər tanınmış alim və ruhani Şirəli Bəyat tərəfindən 1985-ci ildə təsis edildi ki, bu işdə Səlahuddin Özgündüz və Həsən Turan da onunla həmkarlıq etdilər.

پای صحبت بنیان‌گذار مساجد شیعه استانبول/ اقامه نماز جماعت؛ قانون مساجد شیعه

Höccətul- İslam vəl- müslimin Şirəli Bəyat deyir:

"Qum Elmi Dini Hövzəsində dəsrlərimi tamamladıqdan sonra Türkiyə qayıdaraq dini fəaliyyətlə məşğul oldum. Fəaliyətimə Ərzurumda başladım. Burada həbs edilib azadlığa buraxıldıqdan sonra İran sərhədinin 80 km-liyində yerləşən İğdir şəhərində təbliğə başladım.

Daha sonra isə İzmirin 45 km.liyində yerləşən Manisa şəhərinə təbliğ üçün dəvət edildim. Bir müddət əhalisinin 300 ailəsi şiə olan Turqutlu şəhərində sakin oldum. Bu şəhərdə məscid yox idi. Buna görə də 800 metr yer alıb camaatın köməyi ilə "İmam Hüseyn (ə)" adına məscid tikdik. Bundan sonra burada Fəthullah Gülənin adamları ilə üz-üzə gəldik və onlar bizim təbliğimizin qarşısını almaq istədilər, amma bacarmadılar...

Bundan sonra İstambula qayıtdım və "Bacılar" məhəlləsində 1989-cu ildə İmam Əli (ə) adına bir məscid təsis etdik ki, İstambulun ikinci böyük şiə məscididir...

Biz məscidlərdə gündəlik namazlardan əlavə təbliğ proqramları icra edir, mədəni işlər görür, maarifləndirməmə işləri aparır, kitab, qəzet və jurnallar da çap edirik...

Şiələrin 3-cü məscidi İstambulun Əsənyurt bölgəsində "Məhəmmədiyyə" adına, 4-cü məscidi "Zeynəbi-Kübra" adına Altunşəhər bölgəsində, 5-ci məscidini "Əbu- Talib" İkitelli və "Əllahu Əkbər" məscidini isə "Mahmudbi" bölgəsində təsis etdik...

Bundan əlavə İstambulun Avropa və Asiya mədəniyyətlərinə aid olan bölgələrində son illər ərzində "Əli Əkbər", "İmam Rza (ə), "İmam Hüseyn (ə)", "Əhl-Beyt (ə)", "İmam Zeynül-Abidin (ə)", "14 məsum (ə)", "Mehdiyyə", "Kanarya" (Mehdiyyə2) və s... məscidlər tikilib istifadəyə verilmişdir...".

O sonda vurğuladı: Biz bütün bu məscidləri xalqın gücünə və heç bir rəsmi və ya qeyri-rəsmi bir müəssisədən heç bir kömək almadan tikmişik. 30 il ərzində İstambulda 40 məscidin tikilməsi Allahın lütfü və bizim üçün bir möcüzədir.

Leyla Məhəmmədi

http://iqna.ir/fa/news/3552863



پای صحبت بنیان‌گذار مساجد شیعه استانبول/ اقامه نماز جماعت؛ قانون مساجد شیعه


پای صحبت بنیان‌گذار مساجد شیعه استانبول/ اقامه نماز جماعت؛ قانون مساجد شیعه

پای صحبت بنیان‌گذار مساجد شیعه استانبول/ اقامه نماز جماعت؛ قانون مساجد شیعه

پای صحبت بنیان‌گذار مساجد شیعه استانبول/ اقامه نماز جماعت؛ قانون مساجد شیعه

پای صحبت بنیان‌گذار مساجد شیعه استانبول/ اقامه نماز جماعت؛ قانون مساجد شیعه

پای صحبت بنیان‌گذار مساجد شیعه استانبول/ اقامه نماز جماعت؛ قانون مساجد شیعه


پای صحبت بنیان‌گذار مساجد شیعه استانبول/ اقامه نماز جماعت؛ قانون مساجد شیعه
captcha