IQNA

"Google" şirkəti Trampın müsəlmanlar əleyhinə informasiya sistemi ideyasına qarşı çıxdı

8:47 - December 19, 2016
Xəbər sayı: 3481160
Facebook, Microsoft və Twitterin ardınca texnologiya və kompüter dünyasının daha üç nəhəngi müsəlmanlar əleyhinə informasiya sisteminin yaradılması layihəsinə qoşulmayacaqlarını açıqlayıb.


Google və Apple şirkətləridə Trumpın müsəlmanlar əleyhinə informasiya sistemi ideyasına qarşı çıxdı

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) Maide.Az-a istinadla xəbər verir ki, Amerikanın müsəlman mühəndislərinin "müsəlmanlar əleyhinə informasiya sisteminin” yaradılması layihəsinə etirazının ardınca google, apple və uber şirkətləri də mediyaya açıqlama verib və müsəlmanlar əleyihnə olan bu layihəni dəstəkləməyəcəklərini bildiriblər.

Google şirkəti elan edib ki, belə bir layihənin masa üzərində olmadığını bilirik lakin əgər olsa belə biz bu işi görməyəcəyik.

Apple şirkəti də elan edib ki, bu işə qarşıdır. "Düşünürük bütün insanlarla bir formada davranmaq lazımdır. Din, səliqə və onların zahiri görnüşü fərqli davranış sərgiləmək üçün əsas ola bilməz”.

Qeyd edək ki, Facebook, Microsoft və Twitter daha öncə layihəyə qoşulmayacaqlarını bildirmişdilər.

Xatırladaq ki, müsəlmanlar əleyhinə informasiya sisteminin yaradılması ideyasını ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trump seçki kompaniyası zamanı irəli sürüb. O, hələlik bu işi görməyəcəyini açıqlamayıb. Digər tərəfdən onun müşavirlərindən biri yaxın günlərdə açıqlama verərək müsəlmanlar əleyhinə olan bu layihənin icrasını təklif edib.

captcha