IQNA

14:20 - December 26, 2016
Xəbər sayı: 3481190
Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək təsirləndirilən şəxslərə cəza istəyib.

Prokuror Tale Bağırzadəyə ömürlük həbs cəzası istədi

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) İslamazeri.az-a istinadla xəbər verir ki, Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələrinə görə, həbs edilən "Müsəlman Birliyi” hərəkatının sədri Tale Bağırzadə, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı və başqa 16 nəfər - Rasim Mirzə Baba oğlu Cəbrayılov, Zakir Tapdıq oğlu Mustafayev, Cabbar Əmirxan oğlu Cabbarov, Cahad Bala Hüseyn oğlu Babakişizadə, Şamil Adil oğlu Abduləliyev, Aqil Azər oğlu İsmayılov, Ramin Məhərrəm oğlu Yariyev, Abbas Əbdülrəhman oğlu Quliyev, İbrahim Məmməd oğlu Xudaverdiyev, Etibar Rasim oğlu İsmayılov, Bəhruz Rahib oğlu Əskərov, Əli Həsrət oğlu Nuriyev, Əlibala Cavad oğlu Vəliyev, Fərhad Nəsrəddin oğlu Balayev, Abbas Hafiz oğlu Tağızadə və Abbas Məmmədbağır oğlu Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək təsirləndirilən şəxslərə cəza istəyib.

O, Tale Bağırzadənin ömürlük, Fuad Qəhrəmanlının 11 il, Abbas Hüseynovun 20 il, Cabbar Cabbarovun 19 il, Rasim Cəbrayılovun 17 il, Ramin Yarıyevin 10 il, Ş.Abduləliyevin, Z.Mustafayevin, C.Babakişizadənin, A.Quliyevin, A.Quliyevin, İ.Xudaverdiyevin, E.İsmayılovun, B.Quliyevin, Ə.Nuriyevin, Ə.Vəliyevin, F.Balayevin, A.Tağıyevin hər birinin 15 il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.

Məhkəmənin növbəti iclası yanvarın 9-na təyin edilib.

Ad:
E-poçt:
* Comment:
* captcha: