Amerikanın San-Fransisko şəhərinin De Yanq muzeyində ilk dəfə olaraq hicab sərgisi təşkil olunacaq.

De Yanq muzeyinin müdiri Max Hollin deyib ki, İslam modası sərgisi 2018-ci ilin baharında təşkil olunacaq.
Sərgidə müxtəlif növ müsəlman qadın geyimləri sərgilənəcək. Həmçinin sərgidə eyni zamanda Avropalı dizaynerlərin İslami geyim və hicab məhsulları sərgilənəcək.