Beynəlxalq Quran Xəbər
Agentliyi (İQNA) Modern.az-a istinadla xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı 2016-cı ilin yekunlarına həsr olunmuş
mətbuat konfransında deyib.
Komitə sədri bildirib ki, 8-ə qədər yeni mədrəsələrin açılması nəzərdə tutulur.
"Bu mədrəsələrin açılması tədricən həyata keçiriləcək. Həmin mədrəsələrin təsisçisi
Qafqaz Müsəlmanları İdarəsi olacaq. Bu mədrəsələrdə tədris proqramları Dini
Komitə ilə birgə hazırlanacaq”.
M.Qurbanlı həmçinin qeyd edib ki, tədricən Azərbaycanda din xadimləri ölkədə təhsil
almış şəxslər olacaq.