Hərbi təyyarələr Haccənin Hayra qəsəbəsindəki iki neft tankerini hədəfə alıb. Aviazərbələr 7 nəfərin də yaralanmasına səbəb olub. Bundan başqa, Səudiyyə təyyarələri ötən gün ölkənin qərbində yerləşən əl-Hadidə bölgəsində bəzi yerləri hədəf alıb.
Hava hücumunun insan tələfatı və dağıntılara səbəb olduğu bildirilib. Qeyd edək ki, 2015-ci ilin mart ayından etibarən Səudiyyənin Yəmənə təcavüzü nəticəsində minlərlə uşaq həyatını itirib, on minlərlə uşaq isə yaralanaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hazırda Yəmən əhalisi gündəlik təlabat malları və tibbi yardım almaqda çətinlik çəkir. Blokada səbəbindən ölkəyə tibbi ləvazimat və qida məhsularının girişi məhdudlaşdırılıb.
Mənbə: eastnews