“Hizbullah”-ın baş katib müavini Suriyanın Hələb şəhərinin azad olunmasından danışıb.

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) İslamazeri.az-a istinadən verdiyi xəbərə əsasən, Hələb şəhərinin azad olunmasını İlahi lütf və hədiyyə adlandıran Şeyx Nəim Qasim bildirib: "Suriya və "Hizbullah” qüvvələri çox güclü silahlara sahib olan terrorçulara qalib gəldi. Bu qüvvələr iman və güclü iradə ilə Hələb əməliyyatının bütün hesablamalarını dəyişdi. Bu qələbə, təkfirçilərlə mübarizədə dözüm göstərdiyimizə və şəhidlərin qanı bahasına əldə olunan İlahi hədiyyə idi. Biz Suriya böhranının siyasi yollarla həllinin daim tərəfdarı olmuşuq.”