Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA)-nın Eastnews.org-a istinadla verdiyi xəbərə görə, Bəhreyn din xadimləri bu gün Ali Xəlifə rejimi əleyhinə bəyanat verib.
Bəyanatda vurğulanıb ki, mülki əhaliyə qarşı təzyiqlər və təqiblər dayandırılmalıdır.
Din xadimləri ölkə müsəlmanlarına da çağırış edib. Müsəlmanlara bildirilib ki, Ayətullah Şeyx İsa Qasimi qorumaq dini vəzifədir. Qeyd edək ki, Bəhreyn rejimi dünən əd-Diraz bölgəsində oturaq aksiya keçirən nümayişçilərə polis silahlı hücum reallaşdırıb.