IQNA

Kanadada "Allahu Əkbər" qışqırıb məscidə hücum etdilər

11:25 - January 30, 2017
Xəbər sayı: 3481302
Kanadanın Kvebek şəhərində yerləşən məsciddə atışma baş verib. Nəticədə 5 nəfər həyatını itirib. Hadisə baş verən an orada təxminən 40 nəfər olub.


Kanadada

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) maide.az-a istinadla xəbər verir ki, "Cani silahı 3 dəfə təkrar doldurub. Azı 5 nəfər həlak olub.”, - deyə İslam Mədəniyyət Mərkəzinin başçısı bildirib. Onun sözlərinə görə atışma ilk öncə 1-ci mərtəbədə baş verib, daha sonra ilə cinayətkarlar 2-ci mərtəbəyə də qalxa biliblər.

"Radio Canada” qeyd edir ki, Kvebekdəki İslami Mədəniyyət Mərkəzini şəhərin "böyük məscidi” adlandırırlar. Maskalı naməlum şəxslərin insanlara atəş açan zaman "Allahu Əkbər” qışqırdığı bildirilib.

Atışmanı 3 naməlum silahlı şəxsin törətdiyi qeyd edilir. İnsident bazar günü yerli vaxtla saat 20.00-da axşam namazı vaxtı baş verib.

"Huffington Post Quebec” qəzeti qeyd edir ki, polislər atışmada şübhəli bilinən iki silahlını tuta biliblər.

CBC telekanalı isə bildirib ki, hadisə yerində çox sayda polis və bir neçə təcili tibbi yardım maşını var.

Kvebek əyalətinin Baş naziri Filipp Kuyyar baş vermiş bu hadisəni, terror aktı adlandırıb. O, Milli İclasa Kvebek bayrağının aşağı salınması üçün müraciət edib.

Kanada Baş naziri Castin Tryudo isə öz növbəsində həlak olanların ailələrinə başsağlığı verib. "İbadətgahda müsəlmanlara qarşı törədilmiş bu terror aktını pisləyirik.”, - deyə "Twitter”-də yazıb.

Teqlər: kanada ، allahu Əkbər ، məscid ، hücum ، iqna ، İkna
captcha