IQNA

1000-dən çox Rohingiyalı müsəlmanı öldürüb

13:27 - February 09, 2017
Xəbər sayı: 3481328
Raxin əyalətində Myanmar ordusu 1000-dən çox rohingiyalı müsəlmanı öldürüb və müsəlmanların qətli ilə bağlı rəqəmlər KİV-lərdə yayımlanan rəqəmlərdən daha çox olduğu ehtimal olunur.

1000-dən çox Rohingiyalı müsəlmanı öldürüb

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) Maide.Az-a istinadla xəbər verir ki, BMT-nin iki rəsmisi "Reuters” agentliyinə açıqlamasında beynəlxalq ictimaiyyətin hələdə Myanmarın Raxin əyalətindəki böhranlı və pis vəziyyəti tam şəkildə dərk etməməsindən narahatlıqlarını dilə gətirib.

Adlarının açıqlanmasını istəməyən BMT rəsmiləri deyiblər ki, son 4 ayda qaçqın təşkilatlarından əldə olunan rəqəmlər onu göstərir ki, Myanmarda 1000-dən çox müsəlman qətlə yetirilib. "İndiyədək yüzlərlə müsəlmanın öldürülməsindən söhbət gedirdi, bu rəqəm çox aşağıdır, öldürülən müsəlmanların sayının minlərlə olma ehtimalı var”.

Teqlər: rohingiya ، müsəlman ، iqna ، quran ، məscid
captcha