IQNA

Cənubi Amerikanın ən qədim məscidi

10:30 - March 01, 2017
Xəbər sayı: 3481407
Cənubi Amerikanın ən qədim məscidi təqribən 76 il öncə Brazilyanın Sao-Paolo şəhərində tikilib.

Cənubi Amerikanın ən qədim məscidi

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) Maide.Az-a istinadla xəbər verir ki, məscidin tikilməsi 1941-ci ildə İslami Xeyriyyə Birliyi tərəfindən irəli sürülüb və tikintisinə başlanılıb. Məscid 1960-cı ildə tam istifadəyə verilib.

Məscid Brazilya müsəlmanlarının gündəlik həyatında, onların elmi, ictimai və mədəni fəaliyyətlərində əsas rol oynayır. Məsciddə müsəlman uşaqlar üçün ərəb dili, ingilis və sair dillərin öyrənilməsi üçün dərslər tədris olunur.

Məscidin dini icması ictimai sahədədə aktivdir. Belə ki, ötən illər ərzində yoxsullara ərzaq paylayır, soyuq havalarda insanları isti ədyal ilə, kasıb müsəlman ailələrin evlə təmin olunmasına yardımçı olur.

Teqlər: cənubi amerika ، iqna ، quran ، İslam ، terror ، sao-paolo
captcha