IQNA

Mosulda kimyəvi silah narahatlığı artır

14:09 - March 04, 2017
Xəbər sayı: 3481413
İraqın Mosul bölgəsində mülki vətəndaşları canlı qalxan olaraq istifadə edən İŞİD-in kimyəvi hücumlarının artırmasından narahatlıq duyulur.

Mosulda kimyəvi silah narahatlığı artır

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA)-nın Eastnews.org-un verdiyi xəbərə görə, İraqın Mosul bölgəsində mülki vətəndaşları canlı qalxan olaraq istifadə edən İŞİD-in kimyəvi hücumlarının artırmasından narahatlıq duyulur.

Beynəlxalq Qızıl Xaç Komitəsi kimyəvi silahdan zərər çəkən 12 mülki vətəndaşın müalicə altına alındığını bildirib.

Beynəlxalq koalisiyanın dəstəklədiyi İraq ordusuna bağlı birliklər təhlükəsiz dəhlizlər yaradaraq vətəndaşları münaqişə zonasından təxliyə edir.

İŞİD terror təşkilatı İraqın ikinci böyük şəhəri olan Mosulu 2014-cü ildə işğal etmişdi.

Teqlər: mosul ، iqna ، quran ، İslam ، İŞİd ، terror ، terörizm ، İraq
captcha