IQNA

Bağdadinin əmisi oğlu tutuldu

10:14 - March 06, 2017
Xəbər sayı: 3481420
Qərbi Mosulda İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr Əl-Bağdadinin əmisi oğlu saxlanlıb.

Bağdadinin əmisi oğlu tutuldu

İQNA-nın APA-ya istinadla xəbərinə görə, bu barədə "Al Sumaria” telekanalı məlumat verib. Onun adı açıqlanmasa da Mosulun Əl-Cusak rayonunda yaxalandığı bildirilir. Adıçəkilən ərazi bir müddət əvvəl terrorçulardan təmizlənib.

İraqın Mosul şəhəri 2014-cü il, iyunun 10-da İŞİD silahlıları tərəfindən ələ keçirilib. Fevralın 19-a Mosul şəhərinin qərbinin İŞİD terrorçularından azad edilməsi əməliyyatı başlayıb.

Şərqi Mosul keçən ilin oktyabrında başlayan əməliyyat nəticəsində terrorçulardan azad edilib.

Mosulun azad edilməsi əməliyyatı 17 oktyabr 2016-cı ildə başlayıb.

captcha