Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA)-nın Eastnews.org-a istinadən verdiyi xəbərə görə, Nigeriya təhlükəsizlik qüvvələrinin 12 dekabr 2015-ci il tarixində Kaduna vilayətinin Zariya şəhərində şiə müsəlmanlara qarşı etdiyi basqın zamanı yaralayaraq həbs etdiyi Şeyx İbrahim Zəkzəkinin səhhətində ciddi problemlər yaranıb.
Nigeriyadakı fəallardan Yusif Həmzə Şeyx Zəkəzkinin səhhəti ilə bağlı açıqlama verib. "Şeyx İbrahim Zəkzəki hələ də həbsxanadadır.
Nigeriya məhkəməsinin onun sərbəst buraxılması qərarına baxmayaraq hökumət onu hələ də zindanda saxlayır. Şeyx Zəkzəkinin sol gözü tamamilə görmür.
Qardaşı bu yaxınlarda Şeyx Zəkzəkini həbsxanada ziyarət edib. Qardaşı bildirir ki, Şeyx Zəkzəki müalicə olunmur.