Suriya ordusu İŞİD terror təşkilatının səhra komandirlərindən birini məhv edib. Həmin komandirin əmri ilə 2015-ci ildə Palmira şəhərindəki bir sıra qədimi abidənin məhv edildiyi bildirilir.

Söhbət, "Əbu Həmid əs-Sukni” adı ilə məşhur olan terrorçudan gedir. O, bu ləqəbini doğulduğu yerin adından, yəni Palmira ilə Deyr-əz-Zor arasında yerləşən əs-Sukna şəhərciyindən götürüb. Mənbələrin məlumatına görə, əs-Sukni qədim mədəniyyət abidələrinin məhv edilməsi əmrini şəxsən verib.