IQNA

1:24 - April 04, 2017
Xəbər sayı: 3481497
Bəhreynin Ali Məhkəməsi dünən keçirdiyi iclasda Şeyx Əli Salmanın hüquqları müdafiəsi heyətinin etirazlarını haqlı hesab edib və barəsində çıxarılmış "9 il azadlıqdan məhrum etmə" hökmünü ləğv etdi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Bəhreynin Ali Məhkəməsi "Əl-Vifaq" Cəmiyyətinin baş katibi Şeyx Salmanın hüquqlarının müdafiəsi heyətinin etirazlarını haqlı hesab edərək onun barəsində çıxarılmış "9 il azadlıqdan məhrum etmə" hökmünü ləğv etdi.

Bəhreynin Cinayət Məhkəməsinin 4-cü şöbəsi 2015-ci ilin İyun ayında "əl-Vifaq" təşkilatının rəhbəri Şeyx Əli Salmanı ölkədə iğtişaş yaratmaq, insanları aksiyalara təhrik etmək, ölkə qanunlarına riayət etməmək və ölkənin baş nazirliyini aşağılamaq kimi maddələr ilə günahlı və təqsirkar bilərək ona 4 il müddətində azadlıqdan məhrum etmə ilə cəza kəsdi. Lakin 2016-cı il may ayının 30-da Apelyasiya məhkəməsi onun 9 il azadlıqdan məhrum edilməsinə qərar verdi.

Bu gün yayılan xəbərə görə isə, Bəhreyn Ali xəlifə rejiminin Ali məhkəməsi rejimə müxalif şiələrin lideri və "Əl-Vifaq” təşkilatının rəhbəri Şeyx Əli Salmana oxuduğu ikinci hökmü ləğv edərək, ilkin hökmə geri qayıdıb və həbs müddəti yenidən 9 ildən 4 ilə dəyişdirilib.

Qeyd edək ki, Bəhreynin Ədliyyə Nazirliyi də 14 iyun 2016-cı ildə Əl-Vifaq Cəmiyyətinin fəaliyyətini dayandırdı. Ardınca isə Ali Məhkəmə 17 iyulda Ali-Xəlifə rejiminin ən böyük müxalifət birliyini ləğv etdi və onun əmlakının müsadirə edilməsinə qərar verdi.

Bundan əlavə keçən həftənin bazar günü, Ali- Xəlifə rejimi Şeyx İsa Qasimin İrandakı nümayəndəsi Şeyx Abdullah Dəqqaqın vətəndaşlığını da ləğv edərək Dəqqaqın qadağan edilmiş təşkilatlarda üzv olmasını bəhanə gətirərək on il həbsə də məhkum edib.

Bəhreyn vətəndaşları Şeyx Əli Salmanın azad edilməsinə dəstək üzrə dəfələrlə aksiyalar keçirmişlər. Ali-Xəlifə rejimi 2011-ci ildən Səudiyyə Ərəbistanının köməyi ilə Bəhreyndə ictimai dinc etirazları repressiya edir.

http://iqna.ir/fa/news/3586476


Ad:
E-poçt:
* Comment:
* captcha: