Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) deyerler-a istinadla xəbər verir ki, Qeytstoun institutunun hesabatında Londonda 423 yeni məscidin inşa edildiyi və 500 kilsənin də ziyarət edilməməsi səbəbilə bağlanıldığı qeyd olunub.
Xristian məbədlərinin qədim binaları yaşayış evlərinə, bəzi hallarda isə məscidlərə çevrilir. Birləşmiş Xayatt kilsəsi və Müqəddəs Petro kilsəsi bu qəbildən nümunə göstərilə bilər.
"Təkcə binaları deyil, insanlar da İslam dininə üz tuturlar. İslam dinini seçənlərin sayı iki dəfə artıb", ifadəsi hesabatda qeyd olunub.