IQNA

Türkiyəli yaşlı xanım Quran- Kərimi hifz etməyə çalışır

12:36 - April 06, 2017
Xəbər sayı: 3481505
Türkiyəli yaşlı xanım Firuz Suntur 69 yaşında Quranın üzünə oxunuşunu öyrənərək Quran- Kərimin 15 cüzini hifz edib, əzbərləyib və Quranın bütün cüzlərini əzbərləməyi qarşısına məqsəd qoyub.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, türkiyəli yaşlı xanım Firuz Suntur 69 yaşında Quranın üzünə oxunuşunu öyrənərək Quran- Kərimin 15 cüzini hifz edib, əzbərləyib və Quranın bütün cüzlərini əzbərləməyi qarşısına məqsəd qoyub.

"AA" xəbər və informasiya portalının məlumatına görə, cavanlıq dövründə bəzi problemlər səbəbi ilə Quran- Kərimi öyrənə bilməyən türkiyəli yaşlı xanım Van şəhərində yaşayır. O, Quranı oxumağa olan sevgi və şövqünün sayəsində 69 yaşında ikən Quran- Kərimi üzünə oxumağı öyrənməyə müvəffəq olub. Eyni halda Quran- Kərimin 15 cüzini də əzbərləyib.

Xanım Firuzə Suntur bu barədə deyir: Mənim uşaqlığım kənddə keçdi. Evləndikdən sonra Van şəhərinə köçdük. Quran oxumağa çox həvəsli idim. Amma bir sıra problemlər buna mane oldu. Övladlarımı evləndirib bəxt evinə göndərdikdən sonra, Quranı öyrənmək aruzumu həyata keçirmək istədim və Quran təlimi dərnəylərində iştirak etdim. Quranı üzünə oxumağı öyrəndikcə, öyrəndiyim hissələri hifz etdim. Beləliklə qısa zamanda həm Quranı oxumağı öyrəndim və həm də 15 cüzi əzbərlədim. Doğrudur, bəziləri işin əvvəlində qoca olduğum üçün məni bu işdən çəkindirmək istəyirdilər. Amma mən bu sözlərə fikir verməyib, hədəfimə çatmağa çalışdım. İndi isə zaman keçdikcə dərk edirəm ki, insan iradə və çalışqanlıq ilə istədiyi hədəfə çata bilər. Ümid edirəm ki, bir gün bütün Quran- Kərimi əzbərləyəcəm.

http://iqna.ir/fa/news/3587340


captcha