İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl- misriyyun" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, bu gün, 9 Aprel 2017- ci il, günün birinci yarısının səhər saatlarında, Misirin "əl-Ğərbiyyə" əyalətinin Tənta şəhərinin mərkəzində yerləşən "Qiddis Marcərcis" kilsəsində partlayış baş verib.
Misirin "əl-Ğərbiyyə" əyalətinin Tənta şəhərinin mərkəzində yerləşən "Qiddis Marcərcis" kilsəsində partlayış terrorçuların quraşdırdığı bombanın partlaması nəticəsində baş verib və hadisə zamanı çox sayda ölənlər və yaralananlar olub.
Xəbərdə deyildiyinə görə, hadisənin qurbanları əsasən kilsəni ziyarətə gəlmiş zairlər olub.
Hadisədən dərhal sonra Misirin təhlükəsizlik və polis qüvvələri ilkin axtarışlara başlamış və hadisədə zərərçəkmişlərə ilk tibbi yardımlar göstərilib.
Misirin "kiv"lərinin verdiyi ilkin məlumata görə, hadisədə ən azı 15 nəfər həyatını itirib və 42 nəfər yaralanmışdır.
Hadisə yerindən sonradan gələn xəbərlərdə isə ölənlərin sayının 26 və yaralıların sayının isə 71 nəfərə çatdığı qeyd edilmişdir.
Bu hadisə məsihilərin "Şəanin" ayinini keçirəcəkləri zamanda baş verib. Qeyd edək ki, Vatikanın "papa"sı on gün sonra Misirdə səfərdə olacaqdı.
http://iqna.ir/fa/news/3588160