İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-yəvm əs-sabe" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Quran- Kərimin miladın 14-cü əsrinə aid olan böyük bir səhifəsi İngiltərənin Londonun "Bonhamz" hərrac evində hərraca çıxarıldı.
Quran- Kərimin bu qədimi və tarixi səhifəsi Nəhl surəsinin bəzi ayələrini ehtiva edir. Və cari ilin Aprel ayının 27-də tarixi əsələrin satılması üçün İngiltərənin paytaxtı Londonun "Bonhams" hərrac evində keçiriləcək "Hindistanın İslami əlyazma nüsxələri" sərgisində hərraca qoyulacaqdır.
Quran- Kərimin bu tarixi və qədim səhifəsi miladın 14-cü əsrinin əvvəllərinə aiddir. Qara mürəkkəb ilə ilə yazılıb və 5 mindən 7 minədək dollar qiymətində dəyərləndirilib.
Bu hərracda bu səhifədən əlavə materialı bürüncdən olan bir məişət əşyası da hərraca qoyulacaq ki, orta əsirlərdə müsəlmanların filizlərdən istifadə etmək məharətinin göstəricisidir.
Hərracda miladın 14-cü əsrinə aid olan ipək bir geyim də sərgilənəcək ki, bu geyimin üzərində İrani və İslami naxışların tərkibi mövcuddur.