IQNA

Tomastovn şəhərinin "məscidin açıq qapısı" mərasimində İslami dialoq

0:03 - May 04, 2017
Xəbər sayı: 3481616
Avstraliyanın Viktoriya əyalətinin Tomastovn şəhər məscidi cari həftənin bazar günü, İslami dialoq iclasının keçirilməsi hədəfi ilə qapılarını müxtəlif dinlərin ardıcıllarının üzünə açdı.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) " starweekly " xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Avstraliyanın Viktoriya əyalətinin Tomastovn şəhər məscidi cari həftənin bazar günü, 2017-ci ilin Aprel ayının 30-da, İslami dialoq iclasının keçirilməsi hədəfi ilə qapılarını müxtəlif dinlərin ardıcıllarının üzünə açdı.

Tomastovn şəhər məscidi Avstraliyanın Viktoriya əyalətinin on beş məscidindən biridir ki, bu əyalətin İslami Şurasının təşkilatçılığı ilə "məscidin açıq mərasimi" mərasimi keçirdi.

Məhəmməd Mühyiddin – Viktoriya əyalətinin İslami Şurasının rəisi, bu barədə dedi: Məscidlərin birinci dərəcədə müsəlmanlar üçün ibadət məkanı olmağı ilə yanaşı, həm də müxtəlif dinlərin ardıcıllarının vəhdət yeri və ehtiyaclı insanlara kömək etmək üçün bir təşkilatdır.

Viktoriya əyalətinin İslami Şurasının rəisi bu əyalətdə 200 min müsəlmanın olmasına işarə edərək dedi: "Məscidin açıq qapısı" mərasimlərini keçirməkdə məqsədimiz budur ki, Avstraliya əhalisi müsəlmanlar barədə düşünərkən mediaların göstərdiyi çərçivədən daha geniş bir üfüqdə düşünə bilsinlər və müsəlmanlarla qarşılıqlı dostluq əlaqələri əsasında yaşasınlar.

Məhəmməd Mühyiddin – Viktoriya əyalətinin İslami Şurasının rəisi, vurğuladı: Bir- birini tanımaq, qarşılıqlı hörmət və dostluq yaratmaq üçün isə təkcə yol toplantılar keçirməkdir.

İslam dini Avstraliyada buddizm, ateizm və xristianlıqdan sonra dördüncü böyük din sayılır. Bu ölkədə 500 min nəfər civarında müsəlman yaşayır ki, bunun da bir qismini iranlılar təşkil edirlər.

http://www.iqna.ir/fa/news/3595218




Teqlər: iqna ، İslam ، məsihilik ، xristianlıq ، buddizm ، ateizm
captcha