IQNA

9:09 - May 10, 2017
Xəbər sayı: 3481637
Bəhreyn xalqının Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Ayətullah İsa Qasimə dəstək nümayişləri davam edir.

Bəhreyn xalqı Ayətullah İsa Qasimə dəstək nümayişlərini davam etdirir

Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA)-nın maide.az-a istinadla verdiyi xəbərə görə, Bəhreynlilərin Ayətullah İsa Qasimə dəstək vermək üçün təşkil etdiyi mitinqlər Əd-Diraz bölgəsində xalqın fəal iştirakı ilə davam edir.

Nümayişçilər Ali-Xəlifə rejiminin Ayətullah İsa Qasimə mühakimə etməyə cəhd etməsini kəskin şəkildə qınadığını bildirərək, böyük Əhli-Beyt (ə) alimini sona qədər dəstəkləyəcəklərini qeyd edib.

Qeyd edək ki, Ali Xəlifə rejiminin​ məhkəməsi Ayətullah İsaq Qasimin mühakimə olunduğu məhkəmənin növbəti iclasını mayın 21-nə təxirə salıb.

Ad:
E-poçt:
* Comment:
* captcha: