İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) müqəddəs Cəmkəran məscidinin xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, zəmanənin imamı, Bəqiyyətullahul-Ə`zəm, bəşəriyyətin xilaskarı, gözlənilən və vədə verilmiş münci və Allahın yer üzündəki sonuncu höccəti Həzrət İmam Mehdinin (ə.f) mübarək mövludu günündə, Cümə günü, ŞƏBAN ayının 15-də (12 May 2017) İran İslam Respublikasında "hamı birsəslə FƏRƏC duası" kompaniyası keçiriləcəkdir.
Bu xəbərdə deyilir ki, bu kompaniya Həzrət İmam Mehdinin (ə.f) mübarək mövludu günündə, Cümə günü, ŞƏBAN ayının 15-də (12 May 2017) yerli vaxtla günün birinci yarısında, zöhr çağı saat 12:00-da (Bakı vaxtı ilə saat 11:30) keçiriləcəkdir. Həmin saatda bütün iranlılar olduqları və durduqları yerdə hamı bir vaxtda və bir səslə FƏRƏC duası oxuyacaqdır.
Xəbərdə verilən məlumta görə, bütün düyna müsəlmanları bu dua kompaniyasında iştirak etmək üçün dəvətlidirlər.
Qeyd edək ki, hədis qaynaqlardında gələn çoxsaylı rəvayətlərə görə, İmam Mehdinin (ə.f) fərəc duasını oxumaq təkid edilmiş əməllərdəndir və bir çox təsir və bərəkətləri vardır.