İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, "mehdiçilik" (məhdəviyyət) məsələləri üzrə tədqiqatçı və araşdırmaçı Höccətul- İslam vəl- müslimin Həsən Qaimi İQNA ilə müsahibəsində Həzrət İmam Mehdi Sahib Zamanın (ə.f) anadan olması barədə tarixi faktlar və sənədlər və həmçinin O həzrətin (ə.f) həyatından danışaraq dedi: Abbasilər sülaləsindən olan xəlifələr Əskəri imamlarını, yəni İmam Məhəmməd Təqi, İmam Əli Nəqi və İmam Həsən Əskəri həzrətlərini daima təqib edir və əsgər düşərgəsində şiddətli kontrolda saxlayırdılar ki, İmam Mehdinin (ə.f) dünyaya gəlişinin qarşısını alsınlar. Buna oxşar hadisələr, yəni gizli şəkildə dünyaya gəlmələr keçmiş ümmətlərə göndərilmiş peyğəmbərlər üçün də baş vermişdir.
Höccətul- İslam vəl- müslimin Həsən Qaimi vurğuladı: Keçmiş ümmətlərdə baş vermiş və İmam Mehdi (ə.f) barədə də icra edilmiş İlahi sünnətlərdən biri də "gizli təvəllüd" olmuşdur. Bu məsələni işıqlandırmaq üçün İmam Mehdi Sahib Zaman (ə.f) şəxsən Şeyx Səduq Əbu Cəfər Məhəmməd ibn Əli ibn Bəbəvəyh Qumiyə (306-381 hq) göstəriş verir ki, O Həzrətin (ə.f) qeybəti ilə Peyğəmbərlərin (s) qeybətlərinin oxşarlığını ehtiva edən bir kitab yazsın. Şeyx Səduq da bu göstərişin icrası yönündə "Kəmaluddin və Təmaum-Nemət" kitabını yazır və bu kitabda keçmiş peyğəmbərlərin də bəzilərinin qeybətdə olmalarını işıqlandırır.
Şeyx Səduq bu kitabda yazır ki, keçmiş peyğəmbərlərdən və həmçinin ulul-əzm peyğəmblərdən olan Həzrət İbrahim və Həzrət Musanın təvəllüdü gizli şəkildə baş vermişdir. Maraqlıdır ki, bu iki peyğəmbərin də dünyaya gəlişinin qarşısını o dövrün zalim hakimiyyətləri olan Nəmrud və Firon almaq istəyirdilər və İmam Mehdinin (ə.f) də anadan olmasının qarşısını Abbasilər almaq istəyirdilər. Və həmçinin həm Nəmrud, həm Firon və həm də Abbasilər öz hökumətlərini qorumaq üçün bu addımı atmışdılar.
Həsən Qaimi əlavə etdi: Nəmrud, Firon və Abbasilər onların dövlətlərinin süqut edəcəyi barədə öncədən xəbərlər eşitmişdilər. Abbasilər də bu barədə hədislərdə oxumuşdular. Və nəticədə hər üçün zalim eyni siyasəti yürüdür: Bu uşaq doğulmasın! Onlar istəmirdilər ki, İmam Mehdi (ə.f) ki, dünyada ədalətli hakimiyyət yaradacaqdı, doğulsun. Buna görə də Əskəri imamlarını, yəni İmam Məhəmməd Təqi, İmam Əli Nəqi və İmam Həsən Əskəri həzrətlərini daima təqib edir və əsgər düşərgəsində şiddətli kontrolda saxlayırdılar ki, İmam Mehdinin (ə.f) dünyaya gəlişinin qarşısını alsınlar.
Amma Allahın izni ilə İmam Mehdinin (ə) anadan olması anasında əvvəlcədən heç bir hamiləlik əlaməti olmadan bir dəfəyə və gözlənilmədən baş verir. Bundan da xəbərdar olan zalimlər yeni doğulmuş uşağı öldürmək qərarına gəlirlər. Buna görə də uşaq əvvəlcə gizli saxlanılır və daha sonra kiçik qeybət dövrü başlayır. Kiçik qeybət dövründən sonra isə böyük qeybət dövrü və intizar zamanı başlayır.
Əlbəttə bunu da qeyd edək ki, İmam Həsən Əskəri (ə) yeni doğulmuş körpəni və həmçinin İmam Mehdini uşaq vaxtlarında öz səhabələrinin bir çoxuna göstərir və tanıtdıdır.
http://iqna.ir/fa/news/3598418