IQNA Maide.Az-a istinadlaxəbər verir ki, Bəhreyn Daxili İşlər Nazirliyi bildirib ki, Ayətullah İsa Qasim öz evindədir.
Bəhreyn KİV-lərinin məlumatına görə, təhlükəsizlik qüvvələri Ayətullah Qasimin evini mühasirəyə alıb və onunla ailəsi daxil olmaqla hər kəslə görüşü qadağan edib.
Bəhreynin mübariz ruhanilərindən biri elan edib ki, Ayətullah İsa Qasimin sağlamlığının qorunması üzrə məsuliyyəti hökumət daşıyır.
"Al-Mayadeen" diplomatik mənbələrə istinadən elan edib ki, İraqın baş naziri Heydər əl-İbadi Bəhreyn hökumətinin Ayətullah Qasimin Nəcəf şəhərinə sürgün ediləməsinə dair istəyini qəbul etməyib.
Məlumatda bildirilir ki, H. əl-İbadi Ayətullah İsa Qasimin haqq olduğunu və ona dəstək məqsədi ilə bu addımı atıb.