IQNA

10:04 - May 29, 2017
Xəbər sayı: 3481703
Verilən son məlumatlara əsasən Bəhreynlilər dünən etiraz aksiyası keçirərək, Dərrazda şəhid olanları anıblar.

Bəhreyndə yedi şəhər etirazlara qoşuldu

Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA) İsamazeri.com-a istinadlaxəbər verir ki, Bəhreynlilər dünən etiraz aksiyası keçirərək, Dərrazda şəhid olanları anıblar. Kəranə şəhərində qeydə alınan etirazda vətəndaşlar Ayətullah İsa Qasimə dəstək verdiklərini də elan ediblər.

Oxşar etirazlar Kərbabad, Deyr, Şimali Səhlə, Kərzəkan, Qətəm, Müsəlla və başqa şəhərlərdə də təşkil olunub.

Dərraz bölgəsinin sakinləri də, Ali-Xəlifə rejiminin şəhidlərin cənazələrini təhvil verməməsinə etiraz edərək, simvolik olaraq dəfn mərasimi təşkil ediblər.

Ölkə ruhaniləri şəhidlərin cənazlərini Ali-Xəlifə rejimindən almaq üçün xalqı etiraz aksiyalarına çağırıblar.

Bir çox şəhərlərdə etirazçılar yollarda barikadalar qurmaqdadır.

Teqlər: Quran ، Bəhreyn ، iqna ، İQNA ، islam ، müsəlman ، Ali-Xəlifə
Ad:
E-poçt:
* Comment:
* captcha: