İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, BƏƏ-nin (Birləşmiş Ərəb Əmirlikləri) İslami və Xeyriyyə İşlər İdarəsi dünyanın müxtəlif ölkələrində mübarək Ramazan ayı münasibəti ilə "Şeyx Məktum Müshəfi" adında 52 mindən çox milli Quran nüsxəsinin paylanıldığını xəbər verdi.
BƏƏ-nin "əl-Bəyan" qəzetinin xəbər və informasiya portalının yaydığı bu xəbərdə deyilir ki, "Şeyx Məktum" adına Quran çapxanasının komitə rəisi Həmd bin Şeyx Əhməd Şeybaninin nəzarəti ilə həyata keçirilən bu addımın əsas hədəfi dünyanın müxtəlif ölkələrində yaşayan müsəlmanlarının Quran- Kərim nüsxələrinə olan ehtiyaclarını təmin etmək olub.
Ömər əl-Xətib - "Şeyx Məktum Müshəfi" Quran çapı komitəsinin vitse-prezidenti, bu barədə deyib: BƏƏ-nin milli Quran nüsxələrinin belə böyük sayda paylanılması ölkənin İslami və Xeyriyyə İşlər İdarəsinin layihəsi əsasında və mübarək Ramazan ayı münasibəti ilə həyata keçirildi.
O əlavə etdi: Bu Quran nüsxələri Banqladeş, İraq Kürdüstanı, Ciyubiti, Şirilanka, Tayland, Bəhreyn, Livan, İordaniya və Ermənistan kimi bir çox ölkələrdə paylanılmışdır.
http://iqna.ir/fa/news/3606515