IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, əl-Əzhərin şeyxi Əhməd Təyyib dinindən asılı olmayaraq bütün müsəlmanlar ilə yaxşı davranılması vurğulayaraq, kilsələrin dağıdılmasını və partladılmasını məhkum edib və bu terrorları həyata keçirənlərin aşkar şəkildə İslam dinindən çıxdıqlarını qeyd edib.
Əl-Fəcr xəbər agentliyinin xəbər və informasiya portalının verdiyi məlumatda deyilir ki, CBC peyk Tv kanalına müsahibə verən Əl-Əzhərin şeyxi Əhməd Təyyib kilsələrin dağıdılmasını və partladılmasını məhkum edərək, bu terrorları həyata keçirənlərin aşkar şəkildə İslam dinindən çıxdıqlarını vurğulayıb.
Əl-Əzhərin şeyxi Əhməd Təyyib incan canının dəyərli və möhtərəm olduğunu vurğulayaraq deyib: Bütün insanlarla, hətta müsəlman olmasalar, kafir və bütpərəst olsalar belə hörmətlə davranmalıyıq.
O əlavə edib: Hörmətlə davranmağın mənası budur ki, digərləri madamki bizi öldürmək niyyətində deyildirlər, heç kimə zülm etmək olmaz. Digərlərinin bizim dinə inanmaması onların zalim olması anlamına gəlməz.
Əhməd Təyyib vurğulayıb: İnsanlar ya dində, ya da insanlıqda bir- birləri ilə qardaşdırlar. İnsanlığın dəyəri dinin dəyərindən az deyildir.
O vurğulayıb: Müsəlmanlar ilə yaşayan qeyri- müsəlmanları, kilsələri və müqəddəs məkanları qorumaq bizim vəzifəmizdir.
http://iqna.ir/fa/news/3606720