Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA)-nın Eastnews.org-a istinadla verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanı polisləri əl-Avamiyyə şəhərinin əl-Məsurə bölgəsində yenidən şiə müsəlmanlarının toplaşdığı məscidə hücum edib.
İmam Məhəmməd Baqir adına məscidə hücum edən polislər onlarla şəxsi saxlayıb.
Saxlanılan insanların paytaxt ər-Riyada aparıldıqları iddia olunur. Faktla bağlı Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi açıqlama verməyib.