Sahartv-nin məlumatına görə, Livanın Əl-Əhd informasiya agentliyinin verdiyi məlumata görə, Ali-Səud hərbçiləri Dirə məntəqəini minaatanlardan istifadə edərək, hücuma məruz qoyublar. Daha sonra insanların evlərinə basqın edərək, bəzi evləri yandırıblar.
Şiə sakinli Əvamiyə məntəqəsi altı ilə yaxındır ki, Ali-Səud rejiminə qarşı xalq etirazlarının şahididir. Narazı kütlə siyasi islahatların aparılması və onlara qarşı ayrı-seçkiliyə son qoyulmasını istəyir. Ali-Səud hərbçilərinin narazı kütləyə qarşı hücumları indiyə kimi bir qrup mülkinin ölməsi və yaralanmasına səbəb olub.